DÜNYA

İstanbul metrosunu da su basıb
05 İYUL
183

İstanbul metrosunu da su basıb

2016-07-05 10:52:00

İstanbulda yağan güclü yağışdan sonra şəhəri sel basıb.

Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında İstanbulda yağan güclü yağış yolları iflic edib. Aramsız yağıntılardan sonra şəhərin bir neçə mərkəzi küçəsini su basıb, avtomobillər yolda qalıb.

Məlumata görə, leysan nəticəsində Bayrampaşa metro stansiyasının girişi su altında qalıb. Yağışlardan sonra yaranan sel səbəbindən Əyyub Sultan Məscidi ətrafında bayram namazı qılan vətəndaşlar da çətin anlar yaşayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272