DÜNYA

Rubl yarım illik maksimuma yaxınlaşır
04 İYUL
627

Rubl yarım illik maksimuma yaxınlaşır

2016-07-04 15:04:00

Rublun dollara qarşı məzənnəsi yarım illik maksimuma yaxınlaşıb.
Fins.az APA-ya istinadən xəbər verir ki, buna “Brent” markalı neftin bahalaşması və dünya bazarlarının müsbət yönə istiqamətlənməsi səbəb olub.

Gün ərzində amerikalı bazar iştirakçılarının yoxluğu səbəbindən dinamika məhdudlaşa bilər. Belə ki, ABŞ-da bu gün Müstəqillik Günü qeyd edilir. Bu səbəbdən Moskva birjasında dollarla ticarət aparılmır.

Qeyd edək ki, hazırda dollar 63,85 rubl səviyyəsində bərqərar olub ki, bu da 2015-ci ilin noyabrın 6-da qeydə alınan göstəricidən 12 qəpik yüksəkdir.

1 avro 70,75 rubla dəyişdirilir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272