DÜNYA

Ərdoğan: "Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək"
03 İYUL
200

Ərdoğan: "Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək"

2016-07-03 23:39:00

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcək. 

Fins.az bildirir ki, APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 120 min qaçqının məskunlaşdığı Suriya ilə həmsərhəd Kilis əyalətində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan suriyalı qaçqınların əksəriyyəti ölkənin vətəndaşı olmağa can atır.

“Addımlar atılır, bizim Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əlindən gələni edəcək”.

“Biz qardaş və bacılarımıza yardım edərək, onlara vətəndaşlıq almaq üçün imkanlar yaradacağıq və DİN-də yaradılan xüsusi büro vasitəsilə bu prosesi nəzarətdə saxlayacağıq”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271