DÜNYA

Bütün xəstəliklərə bir çarə - SİNQAPURDA YENİ DƏRMAN
01 İYUL
626

Bütün xəstəliklərə bir çarə - SİNQAPURDA YENİ DƏRMAN

2016-07-01 17:12:00

Sinqapurlu mütəxəssislər dünyanı öz yeni ixtiraları ilə təəccübləndirməyi qərara alıblar. Belə ki, onlar insanı eyni vaxtda bir neçə ciddi xəstəlikdən müalicə edən həb hazırlamağa çox yaxındırlar. Əlbəttə, əvvəllər bu cür fikirlər yalnız gülüş doğururdu və heç vaxt həyata keçirilmirdi. Lakin bu dəfəi, alimlərin fikrincə, hər şey alınmalıdır.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, mütəxəssislər artıq 3D printeri və polimerlər simbiozuna əsaslanan möcüzəli preparatın bir addımlığındadırlar. Onlar bildirirlər ki, həkim çox tezliklə iş yerini tərk etmədən dərman hazırlaya biləcək. Başqa sözlə, hazırda aktiv istehsalda olan həb bu və ya digər xəstəlik üçün zəruri olan komponentlərlə zənginləşdiriləcək.

Preparat özü dəyişməyəcək, ona əlavələr ediləcək və həmin həb xəstələri müalicə edəcək. Lakin çoxdan gözlənilən yeni nəsil həbin nə dərəcədə təsirli olacağı hələ ki məlum deyil. Preparatın rəsmi buraxılışı haqqında heç bir məlumat yoxdur. Alimlər yalnız onu bildirirlər ki, hazırda danışıqlar və müxtəlif tədqiqatlar tam qaydası ilə aparılır və gündən-günə daha çox Sinqapur mütəxəssislərini cəlb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272