DÜNYA

ABŞ-ın ən varlı ailələri açıqlandı
30 İYUN
528

ABŞ-ın ən varlı ailələri açıqlandı

2016-06-30 12:38:00

“Forbes” jurnalı ABŞ-da 25 ən varlı ailənin reytinqini açıqlayıb. Fins.az xarici mediaya istinadən xəbər verir ki, onların ümumi əmlakı 722 milyard dollar təşkil edir. Ötən ilə nisbətən əmlakları 11 milyard dollar azalıb.

Siyahıya “Walmart” hipermarketlər şəbəkəsinin təsisçisi olan Uolton ailəsi başçılıq edir. Ceym və Sem Uoltonların əmlakı 130 milyard dollar həcmindədir. Bir il əvvəl isə 149 milyard dollar olub.

“Forbes”in açıqlamasına görə, ailənin mülkiyyətinin azalması Sem Uoltonun xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır. Buna baxmayaraq, jurnal 2014-cü ildə varlı ailələrin siyahısını açıqlamağa başlayandan bu ailə siyahıya başçılıq edir.

Siyahıda ikinci yerdə Kox ailəsi yer alıb. Çarlz və Devid Kox qardaşları ABŞ-da ikinciI özəl şirkət olan “Koch Industries”i idarə edirlər. Şirkətin illik gəliri 100 milyard dollar təşkil edir. “Forbes” onların əmlakını 82 milyard dollar dəyərində qiymətləndirib. Ötən il isə bu rəqəm 86 milyard dollar olub.

Liderlərin üçlüyünü Mars ailəsi tamamlayır.Onlar şirniyyat istehsal edən “Mars İnc” şirkətini idarə edirlər. Şirkətin səhmdarı Franklin Klarens Marsın nəvələri Jaklin, Con və Forrest Marsın əmlakları azalaraq 80 milyard dollarda n 78 milyard dollara enib. 25 ailədən ən “kasıb”ı isə alkoqollu içki istehsalı ilə məşğul olan 10,7 milyard dollar varidata sahib olan Qallo ailədisidir.

ABŞ-ın varlı ailələrinin siyahısı demək olar ki, dəyişməyib. Buraya bu il yalnız Qoldman ailəsi daxil olub. Onların əmlakı 13,7 milyard dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272