DÜNYA

Atatürk hava limanında ölənlərin sayı 41-ə çatdı
29 İYUN
216

Atatürk hava limanında ölənlərin sayı 41-ə çatdı

2016-06-29 14:36:00

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatdı. Fins.az-ın "Trend" -ə istinadən verdiyi məlumata görə, onlardan 13-ü əcnəbidir.

Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275