DÜNYA

Çinin ilk reaktiv sərnişin təyyarəsi istifadəyə verilib
28 İYUN
313

Çinin ilk reaktiv sərnişin təyyarəsi istifadəyə verilib

2016-06-28 17:45:00

“Chengdu Airlines” aviakompaniyasının ARJ21-700 sərnişin təyyarəsi iyunun 28-də Çendu-Şanxay marşrutu üzrə ilk reysini həyata keçirib.

Fins.az  Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, laynerin istehsalçısı “Commercial Aircraft Corp. of China (Comac)” kompaniyasıdır. ARJ21 ümumi qəbul olunmuş beynəlxalq standartlar əsasında bütünlüklə Çində hazırlanan, layihələndirilən və istehsal olunan ilk yaxın magistrallı reaktiv təyyarədir.

Təyyarə əsasən yük və xidməti modifikasiya üzrə istehsal olunur. Uçuş uzaqlığı 2225-3700 kilometr olan layner 90 sərnişin daşıya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272