DÜNYA

Corc Soros Brexit-dən qazandı
28 İYUN
459

Corc Soros Brexit-dən qazandı

2016-06-28 17:15:00

Dünyaca məşhur investor Corc Soros (George Soros) 24 il əvvəl İngiltərədəki proseslər ilə bağlı sərmayə qoymuş və 1 milyard dollar gəlir əldə etmişdi. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Soros, Avropa Birliyi referendumundan öncə yenə doğru qərar verdi və səhm satıb qızıl almağı seçdi.

Dünən 1254 dollara qədər geriləyən qızılın unsiyasının qiyməti, referendumdan Brexit qərarı çıxması ilə 1358.55 dollara qədər çıxdı. Dünənki səviyyələr ilə müqayisədə, qızılın unsiyasının qiyməti 8.3 faiz qalxıb.

Corc Soros verdiyi müsahibədə Çindən kapital çıxışları barədə keçirdiyi narahatlığı ifadə edib, Avropadakı mühacirət böhranı, Yunanıstandakı çətinliklər və İngiltərənin ayrılmasının Avropa Birliyini dağıda biləcəyindən narahat olduğunu vurğulamışdı.

Xüsusilə, Brexit barədə xəbərdarlıqlar edən Soros, Böyük Britaniyanın AB-dən ayrılması istiqamətində bir qərar çıxması halında bunun  funt-sterlinqdə "Qara Çərşənbə"də baş verəndən daha böyük və dağıdıcı devalvasiyaya yol açacağını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270