DÜNYA

Bu ölkədəki tətillər nefti bahalaşdırır
28 İYUN
354

Bu ölkədəki tətillər nefti bahalaşdırır

2016-06-28 09:27:00

Dünya bazarında neft kəskin ucuzlaşmadan sonra bahalaşmaqdadır. 

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar artaraq 46,93 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 47,81 dollar olub. 

Qeyd edək ki, "Brexit" və möhkəmlənən dollar nefti kəskin ucuzlaşdırırdısa, bu gün artıq "qara qızıl" bahalaşmağa başlayıb. Bahalaşmaya səbəb Qərbi Avropanın ən iri neft hasilatçısı olan Norveçdən gələn xəbərlərdir. Belə ki, Norveçdə 750-yə yaxın neftçi şənbədən etibarən tətil elan etmək niyyətindədir. Buna səbəb neftçilərin əmək haqları ətrafında yaranan mübahisədir. Ekspertlərin fikrincə, neftçilərin tətilə çıxması hasilatın azalmasına səbəb ola bilər. Yaranmış vəziyyətdə bir neçə gün ərzində ucuzlaşan neftin qiyməti artım dinamikası göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270