DÜNYA

Britaniyanın kredit reyqtinqi endirildi
28 İYUN
101

Britaniyanın kredit reyqtinqi endirildi

2016-06-28 09:08:00

Brexit referendumundan Avropa Birliyindən ayrılmaq qərarı çıxdıqdan sonra, beynəlxalq kredit reytinqi agentlikləri Böyük  Britaniyanın kredit reytinqini aşağı salıb. 

Fins.az-ın "Marja"ya istinadən xəbərinə görə,  beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Birləşmiş Krallğın uzunmüddətli yerli və xarici valyutada kredit reytinqini "AA+"dan "AA"ya endirib. Proqnoz isə "neqativ"dir.

Fitch, Birləşmiş Krallığın 2016-cı ildəki  iqtisadi artım faizini də 1.9%-dən 1.6%-ə dəyişdirib. Agentlik 2017 və 2018-ci illər üçün isə 0.9 faiz iqtisadi artım proqnozunu verib. Fitch Ratings, büdcə kəsirinin qarşıdakı 3 il ərzində ÜDM-in 3.6%-nə bərabər olacağını qeyd edib. 

S&P DƏ REYTINQİ ENDİRDİ

Digər  beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Birləşmiş Krallığın kredit reytinqini iki səviyyə aşağı salıb.

S&P, ölkənin "AAA" olan reytinqini "AA"ya endirib.

S&P ölkənin iqtisadi vəziyyətinin proqnozlaşdırılmasının çətinləşməsinə, sabitliyin pozulmasına, siyasi risklərin artmasına, Şotlandiya və Şimali İrlandiyada seçicilərin əksəriyyətinin Avropa Birliyində qalmağa səs vermələrindən meydana gələn problemlərə diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275