DÜNYA

Türkiyədən Rusiya açıqlaması
27 İYUN
671

Türkiyədən Rusiya açıqlaması

2016-06-27 19:35:00

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Prezident Ərdoğanın Rusiya Prezidenti Putinə göndərdiyi məktubda Rusiya hərbi təyyarənin vurulması ilə əlaqədar dərin kədər hissi duyduğunu bildirərək, "Həyatını itirən Rus pilotun ailəsinə bir daha dərdlərinə şərik olduğumu bildirmək və başsağlığımı çatdırmaq istəyirəm; Qüsura baxmasınlar deyirəm" ifadələrini istifadə etdiyini söyləyib. Qeyd edək ki, "Qüsura baxmasınlar" ifadəsi "Üzür istəyirik" ifadəsinə yaxın bir ifadədir.

Kalın, Ərdoğanın Putinə göndərdiyi məktubda, Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin yenidən təsis edilməsi, regional böhranların həlli üçün əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılması üçün müraciət etdiyini bildirib.

Kalın, Türkiyə ilə Rusiyanın, əlaqələrin inkişaf etdirilməsi məqsədilə zəruri addımların atılması barədə razı qaldığını qeyd edib.

Eləcə də bax: Ərdoğan vurulmuş təyyarəyə görə Putindən üzr istəyib

RUSİYAYA GEDƏCƏK

Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu, Rusiyada keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısına qatılacaq.

Diplomatik mənbələrdən verilən məlumata görə, Nazir Çavuşoğlu, İyulun 1-də Soçidə keçiriləcək QDİƏT toplantısında iştirak edəcək.

Rusiya toplantıya Türkiyəni dəvət etdiklərini açıqlamışdı.

Yaradıcılarının arasında Türkiyənin də yer aldığı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Rumıniyadan olan birlik, tərəflər arasında iqtisadi əməkdaşlığı ilə Qara dəniz hövzəsindəki sülh və sabitliyin davamlı olmasını istəyir.

İSRAİL İLƏ DƏ RAZILIĞA GƏLİB

Qeyd edək ki, İsrail və Türkiyə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. 

Eləcə də bax: İsraillə Türkiyə "barışdı"

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270