DÜNYA

İsraillə Türkiyə "barışdı"
27 İYUN
324

İsraillə Türkiyə "barışdı"

2016-06-27 11:48:00

İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəlib. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Reuters  agentliyinə İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub. 

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan “Mavi Marmara” adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib . 

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə baş naziri  Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275