DÜNYA

Dünyanın zənginləri "Brexit"dən 127,4 mlrd. dollar itirib
27 İYUN
186

Dünyanın zənginləri "Brexit"dən 127,4 mlrd. dollar itirib

2016-06-27 11:24:00

Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir gün sonra 127,4 mlrd. dollar itirib. Fins.az APA-ya istinadən xəbər verir ki, bu, "Bloomberg" agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.

Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.

Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.

Eləcə də bax: Brexit-dən sonra Britaniya və Avropada nə dəyişəcək?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275