DÜNYA

İran lideri Xamneyinin ölüm - XƏBƏRİ YAYILDI
27 İYUN
1075

İran lideri Xamneyinin ölüm - XƏBƏRİ YAYILDI

2016-06-27 01:34:00

İranın Ali dini lideri, neçə vaxtdır ağır xəstə olan ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb. Fins.az Virtualaz.org-a istinadən xəbər verir ki, Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb.

Daha sonra Türkiyənin hökumətə yaxın “Yeni Şafak” qəzetinin müxbiri  Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin  vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir.

Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsidir və silahlı qüvvələrin baş komandanıdır.

Eləcə də bax: Azərbaycanın sığorta şirkəti – İRAN BAZARINDA

Eləcə də bax: İranla müştərək bank yaradılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275