DÜNYA

İspaniyadakı seçkilər ​avronu daha da ucuzlaşdıra bilər
24 İYUN
418

İspaniyadakı seçkilər ​avronu daha da ucuzlaşdıra bilər

2016-06-24 17:50:00

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarından sonra kəskin ucuzlaşan avro iyunun 26-da İspaniyada keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olaraq ucuzlaşmağa davam edə bilər. "Report" xəbər verir ki, bazar günü İspaniyada keçiriləcək seçkilərdə sosial-demokratların güclənməsi və ya hakimiyyətə gəlməsi ilə İspaniyanın Aİ-dən ayrılmaq tələbləri önə çıxa bilər. Belə olarsa, avro ikinci şokla qarşılaşa bilər və qlobal valyuta bazarında ucuzlaşması davam edəcək.

"Report"un analitik qrupu avronun məzənnəsinin uzun müddət təzyiqlərlə üzləşəcəyini proqnozlaşdırır. Aİ-nin hər hansı bir üzvünün keçirəcəyi seçkilərdə Aİ-də qalmağa qarşı çıxan partiyaların üstünlük qazanması və ya avro pul vahidindən imtina üçün referendum xəbərləri avronun məzənnəsinin düşməsinə yol açacaq. USD/EUR məzənnəsinin dolların lehinə azalması və yaxın 1 il ərzində paritetə çatması ehtimal edilir. ABŞ-dakı prezident seçkilərində isə D.Tramp seçilməyəcəyi təqdirdə dollar daha da sürətlə möhkəmlənəcək. Seçkidən öncə isə dolların bir qədər ucuzlaşması mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272