DÜNYA

Devid Kemeron istefa verdi
24 İYUN
904

Devid Kemeron istefa verdi

2016-06-24 11:40:00

Böyük Britaniya baş naziri Devid Kemeron istefa verib. Fins.az-ın APA-ya istinadən məlumatına görə, o bunu canlı yayında xalqa müraciəti zamanı deyib. 

O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir. 

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275