DÜNYA

Bu əşyalar pulu əvəz edir-SİYAHI
24 İYUN
282

Bu əşyalar pulu əvəz edir-SİYAHI

2016-06-24 10:53:00

Dünya inkişaf etdikcə nağd ödənişlərə çoxsaylı alternativlər peyda olur. Fins.az Banker.az-a istinadən xəbər verir ki, təmassız ödəniş etməyə imkan verən cihazlar, Apple Pay, Btcoin və s. günbəgün populyarlıq qazanır və adət etdiyimiz maliyyə alətlərini əvəz edir.

Lakin bununla yanaşı, dünyada hələ də qəribə pul alternativləri mövcuddur. Onlardan bəziləri əsrlərdir istifadə olunur və bu gün də aktual olaraq qalır. Banker.az saytı dünyada hələ də pul alternativi kimi istifadə olunan əşyaların ən maraqlılarını təqdim edir:

Parmezan pendiri (Parmigiano-Reggiano)

Yer: Emiliya-Romaniya, Şimali İtaliya
Dövr: 1953 — bu günümüzə qədər
Dəyəri: 1 baş pendir üçün $300

Parmigiano-Reggiano Parmezan pendirinin bir növüdür. Bu pendir növünün tam əmələ gəlmə müddəti iki ildir və bu dövr ərzində yerli fermerlər demək olar ki, pulsuz qalırlar. İtaliyanın Banco Emiliano bankı bu pendirləri kreditlər üçün girov olaraq qəbul edir. Beləliklə, fermerlər öz məhsullarını artıq sata bildikləri dövr gəlmədən ehtiyacları olduqları vəsaitləri əldə edirlər.

Fermerlər kreditləri geri qaytarmadığı halda bank həmin pendirləri satır. Bir faktı da qeyd edək ki, 187 milyon dollar dəyərində pendir ehtiyatına sahib bankın saxlama hücrəsinə 3 dəfə qarətçilər hücum edib və sonuncu belə bir hal 2009-cu ildə baş vermişdi.

Mobil dəqiqələr

Yer: Çin, Tanzaniya, Əfqanıstan, CAR, Hindistan, Mozambik, Misir, Ruminiya və Albaniya
Dövr: 2011 — bu günümüzə qədər
Dəyəri: Mobil hesabında olan dəqiqələrin sayı əldə edilən məhsulların sayına bərabərdir (1:1 nisbəti)

Misir, Nigeriya və Gana kimi ölkələrdə hiperinflyasiya milli valyutanı devalvasiyaya məruz qoyduqda insanlar mobil telefon hesabında olan dəqiqələr qarşılığında kiçik alış-verişlər etməyə başladılar. Bu mobil hesabın doldurulması üçün nəzərdə tutulmuş kartlarla ticarət etmək və yaxud bir nömrədən digərinə danışıq dəqiqəsi göndərməyə imkan verən tətbiqetmə sayəsində baş tutur.  

Balıqqulağı

Yer: Solomon adaları
Dövr: b.e.ə 1200-cü il — bu günümüzə qədər
Dəyəri: balıqqulağıdan hazırlanmış bir muncuğun dəyəri 1000 Solomon adası dollarına, yaxud təqribən 128 dollara bərabərdir. 

Balıqqulağıdan hələ b.e.ə 1200-cü ildən başlayaraq valyuta qismində istifadə olunmağa başlanılıb və hazırda da Solomon adalarında Laquna Lanqa Lanqa sakinləri tərəfindən istifadə olunmaqdadır.

Balıqqulaqlarından zinət əşyalarının hazırlanmasında istifadə olunur ki, bu da yerli əhali arasında mal-qara, torpaq alınması zamanı, mərclərdə və hətta cehiz olaraq pul rolunu oynayır. Həmçinin yerli əhali bu zinət əşyalarını səyahətçilərə ənənəvi pullara satır və həmin bu pullardan qonşu adalardan alış-veriş edərkən istifadə edirlər. zamanla balıqqulaqları nadir hal almağa başlayır və sözsüz ki, bu da onların qiymətini artırır.

Çay blokları

Yer: Çin, Monqolustan, Tibet və Mərkəzi Asiya
Dövr: 19-cu əsr — 1935-ci il
Dəyəri: qiyməti istifadə olunan çay yarpağından asılı idi. Son qeydə alınan dəyər bir blok üçün 1 rupi idi.

Çay yarpaqlarının preslənməsindən yaradılan çay kərpicləri İkinci Dünya Müharibəsinin başlamasına qədər bəzi Asiya ölkələrində valyuta qismində istifadə olunurdu. Çay blokları mal-qara alınması və hətta vergiləri ödəmək üçün yararlı idi. Monqolustan, Sibir və Tibet kimi ölkələrdə bu bloklar hətta qəpiklərdən daha üstün idi. Çünki çay yarpaqlarından öskürək və soyuqdəymə əleyhinə də istifadə olunurdu. Həmçinin qida məhsulları az olduqda onlardan yeməklərdə də istifadə olunurdu.

Butulka qapaqları

Yer: Kamerun
Dövr: 2005
Dəyəri: $1

2005-ci ildə Kamerunda pivə istehsal edən zavod satış həcmini artırmaq məqsədilə pivə butulkalarının qapaqları altında hədiyyələr yerləşdirir. Rəqib şirkətlər də eyni taktikaya əl atdıqda rəqabət o dərəcədə yüksəlir ki, demək olar ki, hər qapağın altında hədiyyə qazanmaq mümkün olur. Hədiyyələr isə pulsuz pivədən idman avtomobilinə qədər dəyişə bilirdi. Vəziyyət belə olduqda, insanlar bu butulka qapaqlarını dəyəri 1 dollar olan məhsul və xidmət qarşılığında satmağa başladılar. Qeyd edək ki, pivənin dəyəri də 1 dollar idi. 

100 kvintilyon penqo

Yer: Macarıstan
Dövr: 1946
Dəyəri: təqribən 75 sent

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Macarıstanda qiymətlər demək olar ki, hər 15 saatda iki dəfə artırdı və nəticədə ölkə tarixin ən yüksək səviyyəli hiperinflyasiyasının şahidi olur. Ölkə rəhbərliyi  işçilər rəhbərləri ilə əmək haqqı barədə razılığa gələ bilsinlər deyə hər səhər radioda yeni inflyasiya barədə elan verməli olurdu.

100 kvintilyon penqo nə vaxtsa mövcud olmuş ən yüksək dərəcəli nominala sahib ödəniş vasitəsi idi. Ekvivalent olaraq 45 dollara bərabər idi. Macarıstanda artıq 100 sekstilyon nominallı banknotun buraxılmasına hazırlaşılıb. Penqo isə ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275