DÜNYA

Kinoteatra hücum- 25 nəfər güllələnib
23 İYUN
486

Kinoteatra hücum- 25 nəfər güllələnib

2016-06-23 21:47:00

Almaniyada silahlı şəxs kinoteatrda atəş açıb. Firnhaym şəhərində baş verən hadisə nəticəsində 50-dək şəxs yaralanıb. Almaniyanın “Bild” nəşrinin verdiyi  xəbərə görə, artıq  Almaniya polisi artıq həmin şəxsi zərərsizləşdirib. Bunu Gessen regionunun daxili işlər naziri Peter Boyt yerli parlamentdə təcili toplantı zamanı deyib. Onun sözlərinə görə, həmin şəxsin odlu silaha malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb. 

Gessen torpağının Daxili İşlər Nazirliyindən bildiriblər ki, polis kinoteatrda atəş açmağa cəhd edən şəxsi öldürüb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, o, 4 dəfə atəş açıb.  “Echo online” internet nəşri isə silahlı şəxsin bir neçə nəfəri girov götürdüyünü iddia edir.

Almaniya mətbuatı yazır ki, əməliyyat zamanı polisin gözyaşardıcı qazdan istifadəsi nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275