DÜNYA

Bu şəhərdən köçənlərə pul təklif edilir
22 İYUN
357

Bu şəhərdən köçənlərə pul təklif edilir

2016-06-22 10:22:00

Yeni Zelandiyanın Auckland şəhərində yaşamaq üçün ev qalmayıb. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, hökumət çıxış yolunu şəhər sakinlərinə şəhəri tərk etmələri üçün pul verməkdə tapıb.

Hökumətin Auckland-ı tərk etmələri üçün vətəndaşlara verməyi planlaşdırdığı kompensasiya 5000 Yeni Zelandiya dollarıdır (3500 ABŞ dolları)

Hökumətdən verilən açıqlamaya görə, artıq 130 nəfər bu təkliflə maraqlanır.

Yeni Zelandiya hökumətinin rəsmisi Paula Bennett, rəsmi internet saytında, "Daha ucuz yerlərə köçmək istəyənlər üçün, bu kompensasiya hərəkətə keçməyin xərci səbəbilə qorxanlara yaxşı gələ bilər" deyib.

Aucklandda ev qıtlığı səbəbindən insanların avtomobillərində, qarajlar və hətta çadırlarda yaşamağa başladığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271