DÜNYA

Fırıldaqçılar 3D-printerlə pul çap etdilər
22 İYUN
266

Fırıldaqçılar 3D-printerlə pul çap etdilər

2016-06-22 07:50:00

Portuqaliyanın Jornal de Notisias nəşrinin verdiyi məlumata əsasən, Portuqaliya polisi 1 və 2 avroluq qəpik, həmçinin 3D-printer vasitəsilə böyük nominallı banknot çap edən 3 fırıldaqçını həbs edib.

Fins.az "banker.az"a istinadən xəbər verir ki, saxta pulların yaradılması ilə məşğul olan bu 3 nəfər qəpiklərin üzərindəki şəkilləri və detalları dəqiqliklə yarada bilən alət hazırlamışlar. Yaradılan bu saxta pulları orijinalından fərqləndirən yeganə və kiçicik fərq onları çəkisinin yüngül olması və maqnit xassəsinin olmaması idi.

Cinayətkarlar hazırladıqları qəpiklərin bir hissəsini həbs edilməzdən əvvəl reallaşdıra bilmişlər. Portuqaliya polisinin verdiyi məlumata görə, sözügedən bu qəpiklər və banknotlar Şərqi Avropa, Anqola və Mozambikdə dövriyyədə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272