DÜNYA

Çin yeni iqtisadi təşkilata qoşulur - AÇIQLAMA
20 İYUN
269

Çin yeni iqtisadi təşkilata qoşulur - AÇIQLAMA

2016-06-20 16:11:00

Peterburqdakı beynəlxalq  iqtisadi forumda yeni  Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının yarandığı anons edilib. Məlumatı Rusiya prezidenti Vladimir Putin açıqlayıb. Onun sözlərinə görə, yeni iqtisadi təşkilata Çin Xalq Respublikası da qoşulacaq. 

“ İyun ayından Çin ilə birlikdə Böyük Avrasiya Əməkdaşlıq Təşkilatının yaradılmasına start verəcəyik”, deyə Rusiya prezidenti bildirib. O, layihənin təfərrüatları ilə bağlı jurnalistlərin suallarını cavablandırmağın hələ tez olduğunu söyləyib. 

Eyni zamanda, Putin ölkəsinin Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarını  və Avropa Birliyinin üzvlərini yeni iqtisadi güc mərkəzinə  qoşulmağa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272