DÜNYA

Ən çətin iş atalara hədiyyə almaqdır - ARAŞDIRMA
20 İYUN
147

Ən çətin iş atalara hədiyyə almaqdır - ARAŞDIRMA

2016-06-20 10:41:00

ABŞ-da övladların yarıdan çoxu atalarına bayram sertifikatı hədiyyə edir.  Fins.az-ın məlumatına görə, Amerikanın “CashStar” şirkəti tərəfindən aparılan sorğuya əsasən, ailədə hədiyyə seçmək üçün ən qəliz obyektlər – atalardır. 

Sorğuda iştirak edən 1000 nəfərin 1/3-dən çoxu bildirib ki, hədiyyə məsələsində ataları razı salmaq anaları, qardaşları, bacıları, həyat yoldaşlarını, övladları, hətta atalıq və analıqları, baba və nəvələri razı salmaqdan çətindir. 

Respondentlərin 55%-i bildirib ki, bu il Atalar Günündə (19 iyun tarixində qeyd olunub) onlara hədiyyə sertifikatı bağışlayıb.  Bu qrupun 36%-i etiraf edib ki, artıq bir neçə ildir ki, bunu edirlər. 

Sorğu həm də onu göstərdi ki, amerikalıların 40%-dən çoxu hər il Atalar Gününə hədiyyə alırlar. ABŞ-ın Milli pərakəndə satış federasiyasının qiymətləndirməsinə əsasən, bu il hədiyyələrə ümumilikdə 14,3 milyard dollar xərclənib ki, bundan 2 milyard dolları hədiyyə sertifikatlarının alınmasına xərclənib. Lakin hədiyyə məsələsində anaların bəxti daha çox gətirir.  Belə ki, bu ilki Analar Günündə hədiyyələrə 21,4 milyard dollar xərclənib. 

Atalar günü üçün ən populyar hədiyyə sertifikatları (%-lə): 

• Restoranları ziyarət sertifikatı – 28%

• Sport zalları ziyarət sertifikatları – 25%

• Univermaq endirimlərinə sertifikat – 23%

• Elektronika üçün sertifikat – 23%

• Film və digər əyləncələr üçün sertifikat – 20%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270