DÜNYA

Ən çox neft istehsal və istehlak edən ölkələr
17 İYUN
382

Ən çox neft istehsal və istehlak edən ölkələr

2016-06-17 15:01:00

Dünya üzrə ötən il ən çox neft istehsal edən ölkə 568 milyon 500 min tonla Səudiyyə Ərəbistanı olub. Ən çox neft istehlakı isə 851 milyon 600 min tonla ABŞ-da baş tutub.

Fins.az "Marja"-ya istinadən istinadən xəbər verir ki, ötən il dünyada ümumilikdə 13 milyard 147 milyon 300 min ton neft ekvivalenti enerji istehlak edilib. Bu enerji istehlakı tərkibində neft 32,9%-lik payla ilk yeri tutub.

Dünyada neft hasilatı keçən il bir əvvəlki illə müqayisədə 3,2 faiz artaraq 4 milyard 361 milyon 900 min ton olub. Dünyadakı ümumi neft hasilatının 13%-ni Səudiyyə Ərəbistanı təmin edir. Ən çox istehlak da 19,7 faiz ilə ABŞ-dadır.

Neft istehsalında dünyada ilk yeri tutan Səudiyyə Ərəbistanı, istehsal səviyyəsini keçən il bir əvvəlki illə müqayisədə 4,6% artıraraq 568 milyon 500 min tona çıxardıb. Səudiyyə Ərəbistanının ardınca 567 milyon 200 min tonla ABŞ və 540 milyon 700 min tonla Rusiya gəlir.

Keçən il 2014-cü illə müqayisədə neft hasilatını ən çox artıran ölkə isə 22,9% ilə İraq olub. Ölkədə istehsal, 160 milyon 300 min tondan 197 milyon tona qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272