DÜNYA

İŞİD ABŞ-da qırğın törətdi – 50 NƏFƏR ÖLÜB – OBAMADAN XALQA MÜRACİƏT
13 İYUN
1299

İŞİD ABŞ-da qırğın törətdi – 50 NƏFƏR ÖLÜB – OBAMADAN XALQA MÜRACİƏT

2016-06-13 03:18:00

Amerika Birləşmiş Ştatlarının Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində 50 nəfərin ölümü, 53 nəfərin yaralanması ilə nəticəənən atışma baş verib. Fins.az-ın məlumatına görə, hadisə homoseksualların klubu kimi tanınan "Pulse" klubunda qeydə alınıb. Əvvəlcə şəhər polisi məlumat yayıb ki, silahlı şəxs azı 25 nəfəri yaralayıb, digərləri girov götürüb. Sonradan Orlandonun meri Baddi Dayer keçirdiyi mətbuat konfransında bildirib ki, ölənlərin sayı 50 nəfərə çatıb. 

Bir neçə saatdan sonra gecə klubunda baş vermiş terror aktını törədən şəxsin adı açıqlanıb. Məlum olub ki, hadisəni əfqan əsilli Florida sakini 29 yaşlı Ömər Martin törədib. Onun valideynləri Əfqanıstandan gəlib, amma Ömər özü ABŞ-da anadan olub. 

Amerikan qəzetlərinin məlumatına görə, Ömər Martin gecə klubuna AR-15 (M16- tüfənginin mülki variantı) və tapança ilə gəlib. Atışma başlayan kimi dərhal hadisə yerinə rpolislər gələrək bütün ərazini mühasirəyə alıb. Terrorçu güclü müqavimət göstərib, hətta polislərdən birinni başına güllə vurub. Polisi başındakı dəbilqə qoruyub. Sonda polislər onu güllələməli olublar. Terrorçunun özü ilə gətirdiyi partlayıcı qurğu isə zərərsizləşdirilib. Məlumat verilir ki, Ömər Martin qızıl mağazasında mühafizəçi işləyirmiş.

"CBS" telekanalının yaydığı xəbərə görə, o, Florida sakini imiş. Terrorçunun atası Seddik Matin "NBC" telekanalına müsahibəsində oğlunun törətdiyi cinayətə görə hər kəsdən üzr istəyib. Yerli polisdən isə bildirilib ki, terrorçuda tapança və avtomat tapılıb.
Bir qədər sonra isə İŞİD terror təşkilatı ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda qanlı olaya görə məsuliyyəti öz üzərinə götürüb. "Reuters" agentliyinin xəbərinə görə, hadisə İŞİD tərəfindən törədilib.
ABŞ prezidenti Barak Obama "Pulse" gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp isə baş vermiş hadisəyə görə, ölkə rəhbərliyinin zəif olduğunu bildirərək prezident Barak Obamanı istefa verməyə çağırıb. «Öz çıxışında Obama biabırçı şəkildə hətta «radikal islam» sözünü işlətməkdən də çəkindi. Təkcə bu səbəbdən, o istefaya getməlidir»-deyə Tramp bildirib. Onun sözlərinə görə, Ordando hadisələri hələ başlanğıcdır. Hadisədən dərhal sonra Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoymağa çağırıb. Qeyd edək ki, ümumiyyətlə, D.Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ABŞ-a girişinə qadağa qoyacağını bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272