DÜNYA

Qaçqınların ardınca onların qohumları da Almaniyaya gəlir
10 İYUN
201

Qaçqınların ardınca onların qohumları da Almaniyaya gəlir

2016-06-10 10:40:00

Almaniyada sığınacaq almış hər suriyalının ardınca onun bir qohumu da bu ölkəyə gələ bilər. Yaxın illərdə qaçqınların yarım milyona qədər qohumu AFR-ə gələ bilər.

Bu məlumat Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarənin (BAMF) daxili analitik sənədində göstərilir. “Süddeutsche Zeitung” qəzeti həmin sənəddən çıxarışlar dərc edib.

Qəzet yazır ki, BAMF-ın bu proqnozu 2015-ci ilin axırlarında elan edilib. Söhbət ilk növbədə Almaniyada sığınacaq almış qaçqınların həyat yoldaşı və uşaqları, həmçinin böyüklərin müşayiəti olmadan bu ölkəyə gəlmiş yetkinlik yaşına çatmamış uşaqların valideynləri barədə gedir. Bununla bərabər, idarənin ekspertləri Almaniyadakı suriyalı qaçqınların öz ailə üzvləri ilə yenidən birləşməsindən sonra belə qaçqınların sayının üç-dörd dəfə artacağı barədə fərziyyəni təkzib edirlər.

BAMF-ın statistik məlumatlarına görə, 2015-ci ildə Suriyadan Almaniyaya təxminən 428 min, 2016-cı ilin ilk beş ayı ərzində isə 72 minə yaxın qaçqın gəlib.

İdarənin analitik sənədində bildirilir ki, sığınacaq verilməsi barədə qanunvericiliyə müvafiq düzəlişlər ediləndən sonra ailələrin birləşməsi imkanı məhdudlaşdığına görə, sığınacaq almış qaçqınların qohumları onların yanına yalnız tədricən gələ biləcək, nəticədə miqrasiya gərginliyi azalacaq. Buna baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər ki, gələcəkdə qaçqınların saxlanması üçün Almaniyanın sosial kassalarına ödənişlərin artacağı gözlənilir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271