DÜNYA

Türkiyə banklarında əmanət sərfəlidirmi? - ARAŞDIRMA
09 İYUN
521

Türkiyə banklarında əmanət sərfəlidirmi? - ARAŞDIRMA

2016-06-09 12:24:00

Azərbaycanın maliyyə sektorunda son dövrlər davam edən proseslər – bankların üzləşdiyi çətinliklər və manatla bağla qeyri müəyyənliklər insanların banka olan inamını azaldıb. İndiyədək pullarını arxayın şəkildə banka etibar edənlər, indi buna tərəddüd edirlər.  Potensial əmanətçilər banklarda problemlərin yaranacağından çəkinir. Doğrudur, hər hansı bankın bağlanması ehtimalı əvvəlki kimi yüksək deyil, amma hətta Bank Standard kimi iri banklarda yaranan çətinliklər və buradakı əmanətlərin limitlə qaytarılması bank əmanətlərinə marağı azaldıb. Belə vəziyyətdə investorların seçimi böyük deyil – bunlar daşınmaz əmlak və qiymətli kağızlardır. 

Amma daşınmaz əmlak bazarında da likvidlik problemi var, qiymətli kağızlar bazarı haqqında isə investorların böyük hissəsi ciddi təsəvürə malik deyil. Belə vəziyyətdə potensial əmanətçilər öz pullarını qonşu ölkələrin, məsələn Türkiyənin banklarında yerləşdirə bilərlər. 

Fins.az əmanətlər üçün yüksək faiz təklif edən Türkiyə banklarını araşdırıb. Məlum olub ki, Türkiyə bankları Azərbaycan bankları ilə müqayisədə böyük gəlir təklif etmirlər. Burada əmanətlərin faiz dərəcələri Azərbaycandan xeyli aşağıdır. Bkelə ki, dollar və avro üzrə gəlirlik 1-3% ətrafındadır.  Türk bankları ən yüksək faizləri milli valyutada – türk lirəsində olan əmanətlərə tətbiq edir.  Belə əmanətlərin illik gəlirliyi illik 9% ətrafındadır.

Bununla yanaşı, ekspertlər bildirir ki, Türkiyə bankları investorların yalnız bir hissəsi üçün  - pullarını sadəcə qorumaq istəyənlər üçün sərfəli ola bilər. Çünki dollar və avro əmanətlərinin gəlirliyi həddən artıq aşağı olduğuna görə, bu üsulla əmanətləri artırmaq mümkün deyil. Türk lirəsi ilə əmanətlərdə gəlirlik yüksək olsa da, lirənin özünün məzənnəsi sabit deyil. Belə ki, son 3 ildə türk lirəsinin məzənnəsi dollar qarşısında az qala 2 dəfə zəifləyərək 1 dollar üçün 1,4 lirədən 1 dollar üçün 2,95 lirəyə enib. Buna görə də lirə ilə əmanətlər nəinki gəlir gətirmir. Əksinə hətta itki ilə nəticələnə bilər.

Türkiyənin ən böyük və etibarlı banklarının əmanətlər üzrə faiz dərəcələri və digər şərtləri belədir:

 Bank

 Əmanətin adı

Məbləğ

 Valyuta

Müddət

12 aylıq faiz

 İş Bankası

 

 

 

 

 

 Müddətli

 

 

 Max. 100.001

 USD

 3 ilə qədər

1.95%

 Max. 100.001

 EURO

  3 ilə qədər

1.15%

 Max. 100.001

 Türkiyə Lirəsi

  2 ilə qədər

9.25%

 Yığım əmanəti

 

 

-

 

 

 USD

 2 illik

 

 

1.95

  EURO

1.15

 Türkiyə Lirəsi

9.25

 Garanti Bankası

 

 

 

 

 

 

 Müddətli

 

 

 75.000 - 500.000

 

 USD

 1 ilə qədər

 

 

2

 Türkiyə Lirəsi

4.5

 

 e-müddətli  (e-vadeli) (internet bankinq vasitəsilə idarə olunan hesablar)

 

100.000 - 250.000

 

 

 USD

 1 ilə qədər

 

 

2,20

 

  EURO

0,80

500.000 - 1.000.000

 Türkiyə Lirəsi

10,85

Finans Bank

Müddətli

5000-20000

Türkiyə Lirəsi

2 ilə qədər

5,25

e-müddətli  (e-vadeli) (internet bankinq vasitəsilə idarə olunan hesablar)

9

Yığım əmanəti

 

 

-

 USD

1,8

  EURO

1,75

 Türkiyə Lirəsi

9,1

Deniz Bank

 

e-müddətli  (e-vadeli) (internet bankinq vasitəsilə idarə olunan hesablar)

100.000 - 500.000

 USD

2 ilə qədər

2.10

  EURO

1.4

 Türkiyə Lirəsi

11.5

 Yığım əmanəti

 -

 USD

 3 illik

1,85%

  EURO

1,55%

 Türkiyə Lirəsi

10,60%

İNG Bank

Müddətli əmanət

100.000

 USD

2 ilə qədər

0.25

  EURO

0.25

1.000.000

 Türkiyə Lirəsi

5,25

Şekerbank

Yığım əmanəti

0 – 9 999 999 999

 Türkiyə Lirəsi

5 ilə qədər

11.75

VakıfBank

Müddətli əmanət

1.000-5.000.000

 USD

1 illik

1.90

  EURO

1.40

 Türkiyə Lirəsi

10.25

Fibabanka

Müddətli əmanət

10.000-dən başlayaraq

 Türkiyə Lirəsi

1 illik

12

Burgan Bank

Müddətli əmanət

-

 USD

2 ilə qədər

1,75

  EURO

0,25

 Türkiyə Lirəsi

6.50

e-müddətli  (e-vadeli) (internet bankinq vasitəsilə idarə olunan hesablar)

 USD

2

  EURO

1.50

 Türkiyə Lirəsi

11.25

Anadolu Bank

Müddətli əmanət

20.000-100.000

 USD

2 ilə qədər

1.25

  EURO

1

100.000-dən başlayaraq

 Türkiyə Lirəsi

7.75

e-müddətli  (e-vadeli) (internet bankinq vasitəsilə idarə olunan hesablar)

50.000-100.000

 USD

2.1

  EURO

1

100.000-dən başlayaraq

 Türkiyə Lirəsi

11.25

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272