DÜNYA

“Cekpot”u nəğd alanlar 35 %-dən keçməli olacaq
08 İYUN
1165

“Cekpot”u nəğd alanlar 35 %-dən keçməli olacaq

2016-06-08 19:39:00

ABŞ-da Powerball milli lotereyası üzrə “cekpot” məbləği 415 milyon dollara çatıb. Lakin “cekpot”u udan şəxs həmin məbləği bütövlüklə birdəfəyə ala bilməz - uduşun tam məbləği 29 il müddətinə 30 hissəyə bölünərək verilir. Birdəfəlik ödəniş almaq üçünsə uduş sahibi məbləğin 35 faizindən keçməlidir.

Fins.az Vergiler.az-a istinadla bildirir ki, uduşu hansı formada almaq barədə qərar verəndən sonra isə federal vergi öhdəlikləri ilə hesablaşmaq lazım gəlir.

Uduş sahibi ABŞ vətəndaşıdırsa, yaxud sosial sığorta nömrəsi olan rezidentdirsə, hökumət avtomatik şəkildə böyük mükafatın 25 faizini tutur. Sosial sığorta nömrəsi olmayan rezidentlərdən ümumi məbləğin 28 faizi, əcnəbilərdən isə 30 faizi alınır.

Beləliklə, Amerikada 415 milyon dollar “cekpot” udan şəxsə federal vergiləri ödəyəndən sonra cəmi 160 milyon dollar çatacaq.

Uduşların vergiyə cəlb olunması isə ştatdan-ştata fərqlidir. Ən şanslı qaliblər Florida, Nyu-Hempşir, Cənubi Dakota, Tennesa, Texas, Vaşinqtondan olanlardır - bu ştatlarda gəlir vergisi tutulmur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275