DÜNYA

Türkiyədə güclü partlayış - YENİLƏNİB
08 İYUN
409

Türkiyədə güclü partlayış - YENİLƏNİB

2016-06-08 14:27:00

Türkiyənin baş naziri Binəli Yıldırım Mardin vilayətindəki partlayışı terror aktı adlandırıb və onun arxasında PKK terror təşkilatının dayandığını deyib.

Fins.az Trend-ə istinadən bildirir ki, B.Yıldırım qeyd edib ki, terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

14:27

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.

Fins.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. 

Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. 

Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  

Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib. Yaralıların sayı 30-dan çoxdur.

14:02

Türkiyənin cənubi-şərqində Mardin vilayətində Təhlükəsizlik İdarəsinin binasının yaxınlığında güclü partlayış baş verib.

Fins.az oxu.az-a istinadən xəbər verir ki, terror aktı nəticəsində ən azı iki polis ölüb, 20-dən çox adam yaralanıb. 

İlkin məlumata görə, minalanmış avtomobildə 500 kq yaxın partlayıcı olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272