DÜNYA

Bu ölkədə benzinlə işləyən maşınlar qadağan ediləcək
06 İYUN
530

Bu ölkədə benzinlə işləyən maşınlar qadağan ediləcək

2016-06-06 19:28:00

Norveç, dünyanın ən ekoloji təmiz ölkəsi olmaq yolunda olduqca mühüm bir qərarı həyata keçirməyə hazırlaşır.

Fins.az xəbər verir ki, ölkədə 2025-ci ildə bezin ilə çalışan bütün avtomobillərin istifadəsinin və satışının qadağan edilməsi planlaşdırılır.

Siyasi partiyaların, 2025-dən etibarən benzinlə işləyən avtomobillərin qadağan edilməsi istiqamətindəki qanun layihəsi məsələsində demək olar ki, razılaşdıqları bildirilir. Belə ki, 2025-də Norveçdəki bütün avtomobillər "yaşıl" enerjiylə çalışacaq. Benzin və dizellə işləyən avtomobillərin yollara çıxmasına icazə verilməyəcək.

Dünyanın ən böyük neft ixracatçılarından biri olan Norveçin bu qərarı verməsi diqqəti çəkir. Ölkədə hələ də avtomobillərin 24%-i elektriklə işləyir. Həmçinin Norveç, alternativ enerjini ən çox istifadə edən ölkələr arasındadır.

Ölkədə elektrik enerjisinin 99%-i hidroelektrik stansiyalarında istehsal olunur. Külək enerjisi həcmlərinin də 2020-də üç dəfə artırlması planlaşdırılır.

Bundan başqa, 2019-da  bütün şəxsi avtomobillərin paytaxt Osloya girişinin qadağan olunması gündəmdədir. Bu yolla şəhərin havasının daha təmiz saxlanılması planlaşdırılır.

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272