DÜNYA

2200 avroluq müftə maaşdan imtina etdilər - REFERENDUM
06 İYUN
440

2200 avroluq müftə maaşdan imtina etdilər - REFERENDUM

2016-06-06 09:00:00

İsveçrədə hər bir yetkin vətəndaşa şərtsiz aylıq 2 min 500 İsveçrə frankı (3 min 750 manat) və 18 yaşından kiçiklərə 625 İsveçrə frankı (950 manat) gəlir verilməsi təklifi referendumla rədd edilib.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, ölkədə keçirilən referendumda, rəsmi olmayan nəticələrə görə, xalqın 46%-i səs verib. Səs verənlərin 23%-i "Bəli" səsini, 77%-i isə "Xeyr" səsini verib və şərtsiz gəlir təklifi böyük bir fərqlə qəbul edilməyib.

Referenduma qarşı çıxanlar, şərtsiz aylıq gəlir verilməsinin işləməməyi (tənbəlliyi) dəstəkləyəcəyini, ölkədəki işsizlik nisbətinin artacağını və layihənin İsveçrəni daha cazibədar bir hala gətirərək ölkəyə miqrasiyanı artıracağından ehtiyat edirdilər.

Referendumu dəstəkləyənlər isə insanların əsas ehtiyaclarını qarşılayacaqları bir gəliri olanda yaradıcılıq üçün vaxtları qalacağı fikrini müdafiə edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275