DÜNYA

Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib
04 İYUN
345

Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib

2016-06-04 11:36:00

Amerikalı əfsanəvi boksçu, ağır çəki üzrə dünya çempionu Məhəmməd Əli müalicə gördüyü xəstəxanada vəfat edib.

"Marja" xəbər veri ki, uzun zamandır parkinson xəstəliyi olan 74 yaşlı Məhəmməd Əli, tənəffüs narahatlığı səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Boks karyerasını başa vurmasının ardından Parkinson xəstəliyinə tutulan və əsl adı Cassius Marcellus Clay Jr olan boksçu, 1964-cü ildə İslam dinini seçərək Məhəmməd Əli adını götürmüşdü.

1964, 1974, 1978-ci illərində dünya ağır çəki boks çempionluğunu 3 dəfə əlinə keçirən Məhəmməd Əli, bu adı rəqibləri qarşısında 19 dəfə qorumağı bacarıb. Karyerası ərzində çıxdığı 61 oyunun 56-sından qalibiyyətlə ayrılan Əli, peşəkar boksa keçməzdən əvvəl 1960-cı ildə Roma Olimpiya Oyunlarında yüngül ağır çəki kateqoriyasında qızıl medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272