DÜNYA

İngiltərə plastik pullar buraxmağa başladı
03 İYUN
336

İngiltərə plastik pullar buraxmağa başladı

2016-06-03 11:56:00

İngltərənin Mərkəzi Bankı tarixində ilk dəfə olaraq plastik əskinaslar buraxacaq. İlk belə əskinas – 5 dollarlıq pullar sentyabrın 13-ü buraxılacaq. Banknotun üzərində Böyük Britaniyanın əfsanəvi baş-naziri Uinston Çerçillin şəkli olacaq.

Yeni plastik əskinaslar kağız əskinaslara nisbətən daha möhkəm, dözümlü və təmiz olacaq. İngiltərə MB-nın sədri Mark Karninin sözlərinə görə, plastik pullar paltaryuyan maşında yuyulmağa, üzərinə şərab, yaxud kül tökülməyə, hətta it çeynəməsinə qarşı dözümlüdürlər. Köhnə kağız 5 funtlar isə 2017-ci ilin may ayına qədər tədricən tədavüldən yığışdırılacaq.

Gələcəkdə digər pulların da plastik variantı buraxılacaq. 10 funt dəyərində plastik pullar 2017-ci ilin yayında tədavülə buraxılacaq. Onun üzərində ingiltərəli məşhur yazıçı Ceyn Ostinin şəkli olacaq.

Üzərində rəssam Cozef Mellord Uilyam Ternerin əks olunacağı 20 funtluq plastik əskinaslar 2020-ci ildə buraxılacaq.

Hazırda 5 funtluq əskinasın üzərində sosial fəal, İngiltərənin həbsxana sisteminin islahatçısı Elizabet Frayın, 10 funtluq əskinasda Çarlz Darvinin, 20 funtluq əskinasda isə iqtisadçı Adam Smitin şəkli əks olunub.

İngiltərə bankı polimer əskinaslara keçidi kağız pulların keyfiyyətinin daha aşağı olması ilə izah edir.

Nizamlayıcının statistikasına görə, yalnız 2015-ci ildə bu səbəblə 21835 əskinası əvəzləmək lazım olub. Onlardan 10761-i cırılıb, 5364-ü çeynənib, 1801-i yuyulub, 2912-si radiasiyaya yoluxub və 997-si yanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271