DÜNYA

8 qeyri-adi bank şöbəsi - FOTOLAR
02 İYUN
393

8 qeyri-adi bank şöbəsi - FOTOLAR

2016-06-02 14:15:00

Kredit təşkilatları heç də həmişə konservativlikləri və ifrat ciddiliyi ilə fərqlənmirlər, bəzən onlar hətta adi şöbəni sözün yaxşı mənasında unudulmaz edə bilirlər. Dünya üzrə banklar daha çox müştəri cəlb etmə küçün öz şöbələrini daha rahat və komfortlu etməyə çalışırlar. Bəzən onlar adi bank şöbəsini maraq dairələrinə uyğun formatda, qonaq otağı və ya pulsuz mühazirə zalı formatında dizayn edirlər.

1. Konfet verən uşaq bankomatı

“Deluxe Interactive” kreativ agentliyi “Maxus Global” ilə birlikdə xüsusi olaraq “Sberbank” üçün “Konfemat” hazırlayıb. Konfet almaq üçün maliyyəyə aid bir neçə suala düzgün cavab vermək və bir neçə məsələ həll etmək lazımdır. Oyuna başlamaq üçün məsləhətçidən xüsusi kart alıb onu kart oxuyan maşına daxil etmək lazımdır. Bundan sonra yaşı qeyd etmək və “Drakoşa” adlanan animasiya qəhrəmanının ekrana gəlməyini gözləmək lazımdır. “Drakoşa” uşağa məsələni həll edib konfet qazanmağa kömək edəcək. Uşağın yaşı nə qədər çoxdursa, suallar bir o qədər çətin olacaq. “Sberbank”ın press relizində deyildiyi kimi, “Valideynlər öz məsələlərinin həlli ilə məşğul olduğu vaxt, uşaqlar əylənir, konfet qazanır və eyni zamanda, maliyyə vasitələriylə davranış qaydalarını öyrənir”.

2. Bank şöbəsinin və kofe mağazasının hibridi

Bank “Otkritie” “Starbucks” şirkəti ilə birlikdə bu layihəyə başlayıb. Kredit təşkilatının bunda iki məqsədi var: müştəri axınını artırmaq və brendin tanıdılmasını yüksəltmək. Kofe mağazaları şəbəkəsinin nümayəndələri hesab edirlər ki, bu layihə “Starbucks”ı müştərilərə onlara yaxın yerdə və uyğun zamanda olmağa kömək edir. Mütəxəssislər hesab edirlər ki, bu “qonşuluq” gözləmə vaxtını daha səmərəli etməyə yardımçı olacaq: gözləmə vaxtını müştərilər ofisdə stulda oturmaqdansa, kofe mağazasında yaxşı vaxt keçirərək dəyərləndirə bilər. Özü də qəhvə bankın bonusu da ola bilər.

3. Bank şöbəsində …camaşırxana

“Wells Fargo” bir il öncə belə layihə həyata keçirməyə başladı, lakin layihənin gəlirləri xərclərini qarşılamadı. Ona görə, bank-camaşırxana layihəsi dayandırıldı. Həmin bankın “Starbucks” ilə əməkdaşlığı isə 1997-ci ildən başlayıb və hələ davam edir.

4. “Summit Credit Union”-dan arzuların şöbəsi

Bu layihənin konsepsiyası Massaçusets ştatının Fiçburq şəhərində yerləşən “Inspiration Branch”ə məxsusdur: səhər yeməyi verən ev, Piza qülləsi, universitet binasının surəti (ali təhsilin simvolu kimi), çətir və qayıqlı çimərlik. Danışıqları buradakı ingilis pabında və ya kreslolu təyyarə salonlarında və pilot kabinində aparmaq olar. Buraya uşaqları da yollamaq olar. Heç də bütün müştərilər maliyyə təşkilatının şöbəsində olduğuna inanmır.

5. Banka qonaq getmək

“TD Canada Trust” bankının Kanadanın Port-Kokvitlam şəhərindəki şöbəsində müştərinin bank menecerlərinə və ya əməliyyatçılara yaxınlaşmağa ehtiyacı yoxdur. Belə ki, onlar özləri sizə “qonaq gələcək”. Şöbə danışıq otaqları ilə təchiz olunub, ümumi zonada isə konfidensial sənədlərin məhv olunması üçün qurğular və əskinas və qəpik sayğacları var. Bunlardan pulsuz istifadə etmək olar.

6. WI-FI və kafeli, tranzaksiyasız bank şöbəsi

Belə şöbələr Hollandiyanın “ING” və Fransanın “ING Direct” bank şöbələrində mövcuddur. Əməkdaşlar müştərilərin suallarına cavab verir, lakin hesablara çıxışları yoxdur və tranzaksiya həyata keçirmək imkanları yoxdur. Bunun əvəzində onlar müştəriyə əməliyyatları həyata keçirmə küçün müştərilərə “iPad” təqdim edirlər. Şöbənin ikinci mərtəbəsi – yüksək texnologiyalı məkandan ibarətdir, burada görüşlər və danışıqlar üçün yer kirayələmək olar.

7. Bank daxilində mühazirə zalı

Çikaqoda “Next Door Community Cafe” adlı təcrübi şöbənin açılışını “State Farm” adlı maliyyə təşkilatı edib. Şirkətin idarəsində 190 milyard dollar pul var. Burada məşhur iqtisadçıların mühazirələrində pulsuz iştirak etmək, maliyyə planlaşdırılması, investisiya, sığorta, vergi və biznes-planların yazılması üzrə kursları dinləmək olar. Həmçinin qəhvə içmək yaxud danışıqlar üçün məkan kirayələmək olar.

8. Bank şöbəsində mükəmməl istirahət

Belə şöbələr Londonun “Virgin Money Lounges” adlı təşkilatlarında var. Onları “Virgin Money”in bank biznesinin inkişaf etdirilməsi məqsədilə milyarder Riçard Brenson açıb. Onlar ümumilikdə 3 yerdə var: Edinburqda, Mançesterdə və Norviçdə Divan və mətbəxin olduğu şöbələr bank məshullarının satışı üçün deyil, müştərilərin dincəlməsi üçün nəzərdə tutulub. Bundan başqa, təqdimarlar, seminarlar, sərgi və hətta avtoqraf-sessiyaları üçün məkan kirayələmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274