DÜNYA

Bu ölkədə kütləvi tətil başladı
31 MAY
548

Bu ölkədə kütləvi tətil başladı

2016-05-31 19:31:00

Dövlət işçilərini birləşdirən həmkarlar ittifaqının çağırışı ilə Belçikada ümumi tətillər başlayıb. Fins.az xəbər verir ki, tətil nəticəsində nəqliyyatın, məktəblərin, xəstəxana və poçt xidməti bölmələrinin fəaliyyəti pozulub. Paytaxt  Brüsselin Cənub dəmir yolu vağzalında elektrik qatarlarının bütün səfərləri ləğv edilib. Həmkarlar ittifaqı hökumətin iş yerlərində ixtisarlara səbəb ola biləcək iqtisadi tədbirlərə dair təkliflərindən narazıdır. Etirazçılar əsasən iş həftəsinin artırılmasını və təqaüd yaşının yüksəlməsini nəzərdə tutan sosial islahatlardan imtina olunmasını tələb edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272