DÜNYA

Rəqabətədavamlı iqtisadiyyatı olan ölkələr - SİYAHI
31 MAY
363

Rəqabətədavamlı iqtisadiyyatı olan ölkələr - SİYAHI

2016-05-31 12:28:00

Amerika iqtisadiyyatı artıq dünyada ən rəqabətqabiliyyətli deyil. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, bu qənaətə İsveçrənin Beynəlxalq Menecment İnstitutu (IMD) gəlib. Qurumun mütəxəssisləri uzun illər rəqabətə davamlılığına görə 1-ci yeri tutmuş ABŞ-ın bu il artıq 2-cü yerdə qərarlaşdığıni, liderliyi isə Hon Konqun ələ aldığını bildirib. İlk “onluğa” İsveçrə (3-cü) Sinqapur (4-cü), İsveç (5-ci), Danimarka (6-cı), İrlandiya (7-ci), Hollandiya (8-ci), Norveç (9-cu) və Kanada (10-cu) daxildir. Azərbaycan siyahıda yer almasa da, qardaş Türkiyə 38-ci yeri tutub. 

Ötən il siyahıda 43-cü olan Rusiya bu il 1 pillə irəliləyib. Onun yerini isə Sloveniya tutub. Meksika isə 45-ci pilləyə layiq görülüb. Qazaxıstan isə 13 pillə geriləyərə 47-ci yeri, Ukryan isə 1 pillə geriləyərək 59-cu yeri tutub. 

IMD-nin Dünya Rəqabətədavamlılıq Mərkəzinin direktoru Arturo Bris reytinq cədvəlindəki dəyişiklikləri şərh edib. Onun sözlərinə görə, siyahıda Hon Konqun üzə çıxması bu ölkənin hökumətinin sahibkarlıq üçün maksimal dərəcədə şərait yaratması ilə bağlıdır. İsveçrə iqtisadiyyatına öz keyfiyyətinə görə dünyada seçilir, ABŞ isə ən yaxşı iqtisadi göstəricilərlə fəxr edə bilər. 

“Biz rəqabətə davamlılıq reytinqini hazırlayarkən çoxamilli analiz sistemindən istifadə edirik. İlk 20-liyə düşən ölkələrdə qanunvericiliyin biznes üçün nə dərəcədə loyal olması, infrastrukturun yüksək səviyyədə inkişafı əsas götürülüb” – deyə Arturo Bris qeyd edib. 

Beynəlxalq Menecment İnkişafı İnstitutunun (IMD) reytinqi 1989-cu ildən tərtib olunur. Bu zaman 340 kriteriya – iqtisadi inkişaf, hakimiyyətin effektliliyi, iş mühiti və infrastruktur əsas baza elementləri kimi götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271