DÜNYA

Bu ölkə “TAX free”yə düşən məbləği artırır
27 MAY
539

Bu ölkə “TAX free”yə düşən məbləği artırır

2016-05-27 19:40:00

İyunun 1-dən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan şəxslərin Polşada etdikləri alış-veriş üçün “TAX free” məbləği artırılacaq. Hökumətin bu qərarı bir sıra malların bahalaşması ilə izah edilir. Fins.az xəbər verir ki, yeni qaydaya əsasən, artıq gələn aydan Polşada alış-veriş zamanı ödənilən ƏDV-nin (sənaye malları üçün 23 faiz, ərzaq malları üçün isə 7 faiz) qaytarılması mümkün olacaq. Bu qaydadan faydalanmaq üçün alış-veriş məbləğinin 78 dollardan az olmaması şərtdir. Hazırda isə “TAX free” tərtib etmək üçün tələb olunan məbləğ həddi 52 dollar təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272