DÜNYA

Dünyanın ən böyük kommersiya yataqxanası işə düşür
27 MAY
291

Dünyanın ən böyük kommersiya yataqxanası işə düşür

2016-05-27 17:34:00

Böyük Britaniyanın paytaxtı Londonda dünyanın ən byöük kommersiya məqsədli yataqxanası açılmalıdır. “New York Post”un məlumatına görə, “Old Oak” (“Qədim palıd”) adlanan 11 mərtəbəli yataqxanada 550 mebelli yataq var. Bu isə onun dünyada ən böyük yataqxana layihəsi olduğunu deməyə əsas verir. Bu barədə layihənin developeri olan “The Collective” şirkətindən bildirilib.

Yataqxananın hər bir otağı 1-2 yataq yeri üçün hesablanıb. Binanın mətbəxi isə ümumi olacaq – onun üçün bir neçə otaq və yaxud bir mərtəbə ayrılacaq. “Old Oak” kompleksində həmçinin 400 yerlik kovorkinqinq, restoran, kinoteatr, idman zalı, spa-mərkəzi və kitabxananın olması nəzərdə tutulub. Yaşayış sahəsinin ümumi ərazisi 930 kvadrat metrdir. Buradakı otaqların orta ölçüsü isə 18 kvadratmetrdir.

 

Eləcə də bax: İndi hostel və ucuz hotel açmağın - ƏSL VAXTIDIR

Yataqxanada 1 həftə qalmağın xərci 225 funt sterlinqdən 401 funt sterlinqə qədər dəyişəcək. Bu isə aylıq kirayənin 1400 funt sterlinqdən baha olması deməkdir. Qiymətə kommunal xidmətlər, internet, kimyəvi təmizləmə, ərazinin ayda 2 dəfə yuyulub təmizlənməsi və konseryej xidməti daxildir.

2016-cı ilin əvvəlində “WeWork” şirkəti Nyu-Yorkun Uoll-strit küçəsində ofis binasını açıb. “WeLive” adlı obyekt mebelli yataqlar, mətbəx və istirahət otaqları ilə təchiz olunub. Burada 1 ay yaşamağın xərci 1300 dollardır. “WeLive” adı ilə daha bir yataqxana isə bu ilin sonuna qədər Vaşinqtonda açılacaq.

Nyu-Yorkda yerləşən Pure House adlı digər yataqxana isə Bruklin adlanan ərazidədir. Burada aylıq kirayə 1600 dollardan 4 min dollara qədər dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275