DÜNYA

Bu ölkə kəskin devalvasiyaya gedəcək
27 MAY
1315

Bu ölkə kəskin devalvasiyaya gedəcək

2016-05-27 14:27:00

Liviya 2002-ci ildən bu yana ən kəskin devalvasiyaya gedə bilər.

Liviyalı rəsmi şəxslər, neft qiymətlərindəki azalmadan mənfi təsirlənən ölkənin maliyyə vəziyyətini düzəltmək üçün, on ildən daha uzun bir müddətin ən kəskin devalvasiyasına getməyi qiymətləndirirlər.

Fins.az "Marja"-a istinadən xəbər verir ki, Mərkəzi Bankın rəsmisi olan Əli Jihani, Dinarın dəyərini 50%-in üzərində salaraq dollar qarşısında 2.3 və 2.3 səviyyələri arasına qaldıra bilinəcəyini deyib.

Rəsmiyə görə dinarın, dollar qarşısında 4 ətrafında olan "qara bazar" qiyməti arasındakı boşluğu azaldacaq olan həmlənin nə vaxt ediləcəyinə tam qərar verilməyib.

Devalvasiya edilməsi halında, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Baş nazir Fayez Al Sarraj-ın, ölkəni tək bir rəhbərlik altında toplamaq və IŞİD kimi radikal qrupların öhdəsindən gəlmək missiyası ilə Mart ayında vəzifəyə gəlməsindən bu yana iqtisadiyyatı bərpa etmək adına atacağı ən önəmli addım olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275