DÜNYA

Bolqarıstanda əmlak alanların - İŞİ ASANLAŞDI
27 MAY
306

Bolqarıstanda əmlak alanların - İŞİ ASANLAŞDI

2016-05-27 12:25:00

Bolqarıstan hökuməti ölkə iqtisadiyyatına xarici investisiyaların azalması fonunda xarici vətəndaşları ölkəyə cəlb etmək üçün yeniliklərə hazırlaşır. Fins.az xəbər verir ki, Bolqarıstan parlamentində əcnəbilər haqqında qanuna dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Bolqarıstanda daşınmaz əmlak alanların ölkədə daimi yaşayış izni alması asanlaşacaq. Belə ki, indiyədək Bolqarıs tanda daimi yaşayış izni almaq üçün 600 min lev və ya 306 min avroluq əmlak alamaq tələb olunurdusa, indii bu məbləğ 100 min lev, və ya 51 min avroya endirilib.

Qanun layihəsində qeyd olunur ki, xarici mülkiyyətçilər ölkədə uzun müddət vaxt keçirir, pul xərcləyir və bolqar iqtisadiyyarına dəstək verməkdə davam edirlər. Sənəddə həmçinin deyilir ki, Bolqarıstanda daimi yaşayış icazəsinə malik olanlar yerli şirkətə 510 min avrodan az olmayaraq pul qoysa və yaxud investisiya qoyuluşunu 1 milyon avroya çatdırsa vətəndaşlıq ala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274