DÜNYA

İspaniyada ucuz evlər satılır - 60% ENDİRİMLƏ
27 MAY
813

İspaniyada ucuz evlər satılır - 60% ENDİRİMLƏ

2016-05-27 11:03:00

İspaniyanın “Banco Mare Nostrum” bankı və “Casaktua” portalı 1500 daşınmaz əmlak obyektinin 60% güzəştli qiymətlə satışına dair aksiya keçirir. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, satışa çıxarılan əmlakların 832-si mənzil, 195-i kommersiya obyekti, 34-ü anbar tikilisi, 240-ı qaraj, 180-si isə tikinti işləri aparılan torpaq sahəsidir. 

Daşınmaz əmlaklar Andalusiya, Belaer adaları, Kastil-la-Mançe, Kataloniya, Asturiya, Valensiya, Mursiya, Madris, Qalisiya və Araqonda yerləşir. Xüsusilə 4 bölgədən daha çox əmlak təklif olunur. Bunlar Kataloniya (421 ədəd), Balear adamları (401 ədəd), Valensiya (261 ədəd) və Andalusiyadır (206 ədəd). 

Orta qiymət mənzillərdə 82,5 min avro, kommersiya obyektlərində 81,5 min avro, anbarlarda 241 min avro, qarajlarda 7 min avro, torpaq sahələrində isə 66,7 min avrodur. Ən sərfəli qiymətə ev və mənzili isə Mursiyada (68 min avroya) və Valensiyada (68,4 min avroya) almaq olar. 

Endirim kampaniyası iyulun 31-nə qədər davam edəcək. Buna oxşar aksiyası “pis bank” kimi tanınan “Sareb” bankı da keçirir. Apreldən başlanan aksiya avqustun 30-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275