DÜNYA

Dubayda dünyanın ən böyük parkı tikilir
25 MAY
273

Dubayda dünyanın ən böyük parkı tikilir

2016-05-25 11:21:00

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən böyük örtülü tematik əyləncə parkı açılacaq.

Fins.az "Azərtac"-a istinadən verir ki, “Macəra dolu dünya” adlı parkın açılış tarixi avqustun 15-nə planlaşdırılır.

Birləşmiş Ərəb Əmirliklərində ən böyük korporasiyalarından sayılan “Ilyas and Mustafa Galadari Group”un rəhbərliyi ilə yaradılan bu kompleks ölkədə ən böyük beynəlxalq tematik park olacaq. Layihənin ümumi dəyəri bir milyard dollardan çoxdur. Kompleksə attraksionlu üç zona – “Marvel” komikslərinin kainatı üslubunda tərtib olunmuş seksiya, Amerika “Cartoon Network” telekanalının personajları əsasında yaradılmış ərazi və dinozavrlar parkı daxildir.

Parkda restoran və mağazalara da ayrıca yer ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271