DÜNYA

Donald Tramp ilk dəfə reytinqdə Hillari Klintona çatıb
24 MAY
221

Donald Tramp ilk dəfə reytinqdə Hillari Klintona çatıb

2016-05-24 14:23:00

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Demokrat partiyasından prezidentliyə namizəd olmağa əsas iddiaçı, keçmiş dövlət katibi Hillari Klintonla reytinqdəki fərqi azaldıb.

Fins.az xəbər verir ki, bunu keçirilən sorğunun nəticələri sübut edib.

Belə ki, "The Wall Street Journal" qəzetinin və "NBC News" telekanalının 16-19 may aralığında keçirdikləri sorğuya əsasən, respondentlərin 43 faizi D.Trampa səs verməyə hazır olduğunu bildirib. Bu isə H.Klintonun göstəricisindən 3 faiz azdır.

Eyni zamanda, "ABC News" telekanalı və "The Washington Post" qəzetinin keçirdiyi sorğuya əsasən, D.Tramp 46% səslə H.Klintonu (44%) qabaqlayır.

Ümumiyyətlə, H.Klintonun dəstək səviyyəsi ilk dəfə 50 faizdən aşağı düşüb. Müqayisə üçün qeyd edək ki, apreldə H.Klinton D.Tarmpı 11 faiz üstələyirdi.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274