DÜNYA

Türkiyənin yeni hökuməti - SİYAHI
24 MAY
283

Türkiyənin yeni hökuməti - SİYAHI

2016-05-24 14:09:00

Türkiyənin yeni, 65-ci hökumətinin tərkibi açıqlanıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, yeni baş nazir Binali Yıldırım bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən siyahını elan edib. Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir: 

Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak. 

Xarici işlər naziri - Mövlud Çavuşoğlu 

Avropa Birliyi naziri – Ömər Çelik 

Ədliyyə naziri – Bəkir Bozdağ 

Nihat Zeybəkçi – iqtisadiyyat naziri

Fikri İşıq – müdafiə naziri 

Berat Albayrak – enerji və təbii ehtiyatlar naziri 

Əfqan Ala – daxili işlər naziri 

İsmət Yılmaz – təhsil naziri

Fatma Betül Kaya – ailə və sosial siyasət naziri

Faruk Özlü – elm, sənaye və texnologiya naziri 

Süleyman Soylu - əmək və sosial müdafiə naziri

Mehmet Özhaseki – ekologiya və şəhərsalma naziri

Akik Çağatay Kılıç – gənclik və idman naziri

Faruk Çelik – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri 

Bülənt Tüfəkçi – gömrük və ticarət naziri 

Lütfü Əlvan – inkişaf naziri 

Nabi Avcı – mədəniyyət və turizm naziri

Naci Ağbal – maliyyə naziri 

Veysəl Əroğlu – meşəçilik və su işləri naziri

Rəcəb Akdağ – səhiyyə naziri

Əhməd Aslan – kommunikasiya, dənizçilik və rabitə naziri.

AKP-nin keçmiş sədri və baş nazir Əhməd Davudoğlu, mayın 5-də partiya nizamnaməsinin 70-ci maddəsinə istinad edərək, fövqəladə qurultay keçirmək barədə qərar qəbul edib, mayın 22-də keçirilən və Davudoğlunun sədrliyə namizəd olmadığı qurultayda Binali Yıldırım AKP-nin 3-cü sədri seçilib. Türkiyənin parlamentar rejimində formalaşmış təmayülünə görə, prezident yeni hökuməti qurma vəzifəsinin liderinə verir. Yeni hökumətin məclisdən etimad alması üçün məclisdən 276 səs alması lazımdır. Hal-hazırda AKP-nin məclisdə 316 millət vəkili var (AKP-dən millət vəkili seçilmiş İsmayıl Qəhrəman, sədrliyinə görə bitərəf statusunda olduğu üçün səsvermədə iştirak edə bilmir).

Hökumətin tərkibinin prezident tərəfindən təsdiq edilməsindən 48 sonra hökumət proqramı məclisdə oxunacaq. Proqramın oxunmasından 48 saat sonra məclisdə hökumət etimad səsverməsi keçiriləcək. Binali Yıldırımın qurduğu 65-ci hökumətin məclisdən etimad almasının önündə heç bir problem görünmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272