DÜNYA

Rusiyada mənzillər ucuzlaşacaq
20 MAY
282

Rusiyada mənzillər ucuzlaşacaq

2016-05-20 13:43:00
Mütəxəssislərin fikrincə, Rusiyada demoqrafik böhranın dərinləşməsi bu ölkənin mənzil bazarına təsirsiz ötüşməyəcək. Sberbank Investment Research” şirkətinin keçmiş analitiki Yuliya Qordeyeva deyir ki, əhalinin sayının azalması mənzillərə tələbatı azalacaq və buna görə yaxın 10 il ərzində Rusiyada evlərin bahalaşmasını gözləmək lazım deyil: “Xüsusilə təkrar mənzil bazarında çox ucuzlaşma olacaq, çünki köhnə evləri almaq istəyən yoxdur. Amma ilkin mənzil bazarına da tələbat azalacaq və qiymətlər düşəcək”.
 
Onun sözlərinə görə, qiymətləri azalması kəskin deyil, tədricən baş verəcək. Baxmayaraq ki, mənzil bazarında doyumluluq lazımi səviyyədə deyil: “Bizdə adambaşına düşən mənzil sahəsi Çin və Şərqi Avropa ölkələri ilə müqayisədə aşağıdır. Üstəlik, ölkənin mənzil fondunun böyük hissəsi yenilənməlidir” – deyə ekspert bildirib.
 
Yuliya Qordeyeva qeyd edib ki, mənzil bazarında ciddi dəyişikliklər olacaq: “Məsələn, Sankt-Peterburqda yeni mənzillər həmişə köhnə mənzillərdən  baha olub. Amma tədricvən qiymətlər bərabərləşir. Çünki, son 20 ildə xeyli sayda yeni yaşayış binası tikilib”.
 
“İqtisadi böhranın daşınmaz əmlak bazarına təsiri ilə bağlı suala cavab vermək üçün mənzil satışının həcminə baxmaq lazımdır. Bazarın əsas indiqatoru satışa çıxarılan mənzillərin sayının artmasıdır. Bu tendensiyanı biz 2015-ci ilin ortalarından etibarən Rusiyanın əksər şəhərlərində müşahidə edirik. Hazırda satışda olan daşınmaz əmlakların sayı 2013-cü il səviyyəsindədir” – deyə Yuliya Qordeyeva bildirib.
 
“Global Property Guide” şirkətinin araşdırmasına görə, Rusiya 2015-ci ildə mənzil bazarında ən çox ucuzlaşma baş vermiş ölkədir. İl ərzində burada qiymətlər dollarla 15,3%, rublla isə 3,1% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272