DÜNYA

"EgyptAir": Radarlardan itən təyyarədə Azərbaycan vətəndaşları olmayıb
19 MAY
227

"EgyptAir": Radarlardan itən təyyarədə Azərbaycan vətəndaşları olmayıb

2016-05-19 09:58:00

Aralıq dənizi üzərində radarlardan itən "EgyptAir" şirkətinə məxsus təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Bu barədə  "EgyptAir" şirkətindən məlumat verilib.

Məlumata görə, təyyarənin göyərtəsində 30 Misir, 15 Fransa, 2 İraq və Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272