DÜNYA

İngilis kilsəsi Google-a pul qoymaq istəyir
16 MAY
293

İngilis kilsəsi Google-a pul qoymaq istəyir

2016-05-16 12:23:00

İngilis kilsəsi “Google” – axtarış sisteminə milyonlarla dollar investisiya qoymaq niyyətindədir. Baxmayaraq ki, dini qurum vergi ödəməyən firmalarla mübarizə çağırışı edib. Fins.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Kilsə nümayəndələrinin bu günlərdə açıqladığı illik hesabatda göstərilir ki, “Google”un sahibi olan “Alphabet” şirkəti investisiya qoyulmuş 20 dəyərli kommersiya strukturundan biridir. Bununla belə, “Google”a nə qədər pul qoyulduğu açıqlanmır. Yalnız ümumilikdə kilsənin 7 milyard dollarlıq aktivi idarə etdiyi bildirilir.

Ötən ilin may ayında ingilis kilsəsi neft və kömür hasilatı ilə məşğul olan şirkətlərdə payını azaltmağa qərar verib. Söhbət 12 milyon funtsterlinqdən gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272