DÜNYA

Türk lirəsi kəskin ucuzlaşdı
16 MAY
2428

Türk lirəsi kəskin ucuzlaşdı

2016-05-16 10:51:00

Türk lirəsinin məzənnəsi bu ilin əvvəlindən bəri ən aşağı həddə düşüb. Fins.az xəbər verir ki, bu, özünü Azərbaycan manatına münasibətdə də göstərir. Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə görə, 1 lirə 0,5078 manata bərabərdir. Halbuki, mayın əvvəlində məzənnə 0,5396 manat olub. Yəni, son yarım ay ərzində Azərbaycanda lirə 5,9% ucuzlaşıb. İlin əvvəlində bəri ucuzlaşma isə 3,7%-dir.

Türk lirəsinin dəyərdən düşməsi Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunu istefasından sonra səsləndirdiyi bəyanatlarla bağlıdır. Analitiklər hesab edir ki, qonşu ölkənin hakim partiyası daxilində ziddiyətlərin dərinləşməsi ölkənin iqtisadi perspektivinə problemlər və narahatlıqlara cəbəb ola bilər yaradır.

Bununla belə, lirənin dəyərdən düşməsi Türkiyəyə getmək, oradan dincəlmək, alış-veriş etmək istəyənlərin işinə yarayır. Məsələn, bu ayın əvvəlində Azərbaycan vətəndaşları hər 100 manat müqabilində 185 lirə əldə edirdisə, hazırda bu məbləğ 197 lirədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274