DÜNYA

Amerikanın əczaçılıq nəhəngindən "adam" qadağası
16 MAY
312

Amerikanın əczaçılıq nəhəngindən "adam" qadağası

2016-05-16 08:23:00

Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ABŞ-da ölüm hökmünün icrası üçün inyeksiyanın hazırlanmasında istifadəsini əngəlləmək üçün öz preparatlarının dövriyyəsinə sərt nəzarət tətbiq edir. Fins.az xəbər verir ki, “Pfizer” ABŞ-ın Qida Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət Üzrə İdarəsinin lisenziyasına sahib olan və məhsullarının “ölümcül kokteylin” hazırlanmasında istifadəsinə qadağa qoyduğunu elan edən sonuncu əczaçılıq kompaniyasıdır.

Xatırladaq ki, keçən ilin mart ayında Amerikanın Əczaçılar Assosiasiyası öz üzvlərinə ölümcül inyeksiyalarda istifadə olunan maddələri hökumətə satmamağı tövsiyə edib. Bununla yanaşı, bir çox Avropa istehsalçıları da bu qəbildən olan preparatların ABŞ-a satışını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272