DÜNYA

Britaniyada əmlakı olanlara – SƏRT TƏLƏBLƏR GƏLİR
14 MAY
516

Britaniyada əmlakı olanlara – SƏRT TƏLƏBLƏR GƏLİR

2016-05-14 13:12:00

Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, ölkənin daşınmaz əmlak bazarını şübhəli oyunçulardan təmizləmək niyyətindədir. Fins.az-ın məlumatına görə, hökumət rəhbəri deyib ki, bunun üçün əmlak sahibi olan xarici şirkətlər öz aktivlərini ictimaiyyətə bəyan etməlidirlər və bu məlumat reyestrdə qeydə alınmalıdır. Devid Kemeron bu barədə paytaxt Londonda keçirilən antikorrupsiya sammitində danışıb.

Baş nazirin dəftərxanasından deyilib ki, xarici mülkiyyətçilərin reyestrinin yaradılması planı Britaniyada əmlak almaq istəyən və artıq almış bütün şirkətləri əhatə edəcək. Söhbət hələlik təxminən 100 min daşınmaz əmlak obyektindən gedir və bunu 44 mini Londonda yerləşir.

Planlara görə, reyestrə təkcə əmlak bazarı iştirakçısı olan xarici şirkətlərlə yanaşı, hökumət məmurları ilə əlaqə yaradan kommersiya qurumları da daxil ediləcək. Devid Kemeron deyib ki, heç bir xarici şirkət reyestrə düşmədən Böyük Britaniyada əmlak ala və yaxud mərkəzi hökumətin layihələrinin reallaşdırılmasında iştirak edə bilməyəcək.

Rəsmi London baş nazirin yeni təklifinin nə vaxt qüvvəyə minəcəyini bəyan etməyib. Yalnız o məlum olub ki, bu il bu məsələ ilə bağlı məsləhətləşmələr aparılacaq. Baxmayaraq ki, bir qədər əvvəl reyestrin gələn ay fəaliyyətə başlayacağı və Böyük Britaniyanın 20-lik ölkələri arasında bu addımı atan ilk ölkə olacağı bildirilmişdi.

Ekspertlər hesab edirlər ki, Böyük Britaniyadakı xaricilərə məxsus daşınmaz əmlakların əsl sahiblərinin müəyyən edilməsi ilə bağlı cəhdlər bu ölkəyə marağı azalda və yaxın 2-3 il ərzində qiymətləri 15%-ə qədər endirə bilər. Bu arada onu da xatırladaq ki, Britaniyada əmlak sahibi olan əcnəbilər əsasən Çin, Yaxın Şərq ölkələri (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və s.) və Rusiya vətəndaşlarıdır.

Devid Kemeron ofşor zonalar vasitəsilə “pul yuyan” və onları Britaniyanın daşınmaz əmlak bazarına yatıraln fiziki şəxslərə və təşkilatlara nəzarətin artırılması barədə 1 il bundan əvvəl həyacan təbili çalıb. O vaxt buna səbəb rusların “çirkli” pullarla Londonda mənzil almaları barədə televiziya kanallarından birin in hazırladığı qalmaqallı araşdırma materialı səbəb olmuşdu. Bu il isə “Panama sənədləri”nin açıqlanması, varlı əcnəbilərinə ofşor şirkətlər vasitəsilə Britaniyada daşınmaz əmlak almalarına dair faktların ortaya çıxması baş naziri yenidən “çirkli” pullar mövzusuna qayıtmağa vadar edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272