DÜNYA

Ruslar Türkiyədəki əmlaklarını satmağa başlayıb
13 MAY
446

Ruslar Türkiyədəki əmlaklarını satmağa başlayıb

2016-05-13 11:19:00

Rusiya vətəndaşları Türkiyədə olan daşınmaz əmlaklarını satmağa başlayıblar. Fins.az-ın məlumatına görə, bunu Türkiyə İnşaat Podratçıları Federasiyasının rəhbəri Deniz Karataş bildirib. Onun sözlərinə görə, bunlar əsasən Rusiya höküməti ilə bağlı iş adamları və məmurlardır.

Türkiyədə evi və torpaq sahələri olan Rusiyalı məmurlar dövlətin qorxusundan buradakı əmlaklarını satmağa başlayıblar. İki ölkə arasında yaranan siyasi gərginlikdən çəkinən rus iş adamları isə əmlaklarını inandıqları şəxslərə etibar edərək öz adlarından çıxarırlar.

Belə ki, onlar var-dövlətləri siyahısında Türkiyədəki əmlaklarının diqqət çəkməsini istəmirlər. D.Karataş bildirib ki, amma bu müvəqqəti bir prosesdir: “Varlı ruslar da bilirlər ki, siyasi gərginlik çox çəkməyəcək”.

Onun sözlərinə görə, amma əmlak bazarında və tikinti sektorunda hər hansı bir panika yaranmayıb: “ Turizm, kənd təsərrüfatı sektoru ilə yanaşı, daşınmaz əmlak bazarında da yaranan çətinlik müvəqqətidir. Çünki ruslar Türkiyədən imtina edə bilməzlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275